ABŞ-nin Aydaho ştatının Tvin-Fols şəhərində atışma nəticəsində üç nəfər həlak olub, iki nəfər yaralanıb.
Bu barədə "NBC News" telekanalı yerli rəsmilərə istinadən məlumat yayıb.
İnsident yerli vaxtla saat 15:00 radələrində (Bakı vaxtı ilə 01:00-da - red.) "In-N-Out Burger" fastfud restoranının yaxınlığında baş verib.
Hakimiyyət orqanlarının məlumatına görə, atəş açan cinayətkarın ölənlər arasında olub-olmadığı hələlik məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.