Rusiyanın Ukraynada aylıq itkiləri 30 mindən çoxdur.
Bu barədə "The Guardian" nəşri yazıb.
Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun eksperti Yanis Kluqe Rusiyanın gündəlik təxminən 1000 hərbçi cəlb etdiyini bildirib.
Onun sözlərinə görə, yeni əsgərlərin böyük hissəsi mövcud bölmələrdəki itkiləri doldurmaq üçün istifadə olunur.
Bununla yanaşı, Rusiya rəsmiləri yeni kütləvi səfərbərliklə bağlı qərarın olmadığını açıqlayıblar. Kremlin hazırda səfərbərlik elan etməkdənsə, daha çox kişini müqavilə əsasında orduya cəlb etməyə çalışdığı qeyd olunur.
Yay aylarında Rusiyanın müxtəlif bölgələrində kişilərin küçələrdən və iş yerlərindən məcburi şəkildə aparılaraq müqavilə imzalamağa sövq edilməsi halları da sənədləşdirilib.
Əsgər toplamaq məsuliyyətinin böyük hissəsi regionların üzərinə qoyulub. Yerli hakimiyyət orqanlarına müəyyən sayda şəxsi orduya cəlb etmək tapşırılıb. Bunun üçün həm müqavilə imzalayanlara, həm də yeni hərbçilər cəlb edən şəxslərə minlərlə dollar məbləğində ödənişlər təklif olunur.