Gündəm / İdman 14-09-2026, 18:00

Xərçəng diaqnozu qoyuldu, müalicədən imtina etdi - Mikloşko öldü



“Vest Hem” klubu keçmiş qapıçısı və məşqçisi Lüdek Mikloşkonun vəfat etdiyini açıqlayıb.

“Vest Hem”in mətbuat xidməti yazıb: “Sevimli, ilhamverici qapıçımız və mehriban qəlbli əsl nəhəng Ludekin ruhu şad olsun”.

Mikloşko 1990-cı ilin yanvar ayında “Vest Hem”ə qoşuldu və tezliklə azarkeşlərin sevimlisinə çevrilib. Azarkeşlər ona “Böyük Ludo” ləqəbini verdilər və 1991-ci ildə o, “mövsümün oyunçusu” seçildi. Təqaüdə çıxdıqdan sonra o, kluba qapıçı məşqçisi kimi qayıdıb.

Mikloşko həmçinin Çexoslovakiya və Çexiya milli komandalarında 42 oyun keçirib, 1990-cı il Dünya Kubokunda oynayıb. 2022-ci ildən bəri “Banik”in rəhbərliyində çalışıb.

Həkimlər Ludekə xərçəng diaqnozu qoyublar, lakin o, işləməyə və futbol oynamağa davam etmək istədiyi üçün kimyaterapiyadan imtina edib.

Xəbər lenti