Gündəm / İdman Bugün, 14:00

Hacı Əliyev yenə məğlub oldu



Azərbaycanlı güləşçi Hacı Əliyev peşəkar güləş liqasının “Real American Freestyle”-da (RAF) ikinci görüşünü keçirib.

35 yaşlı idmançı ABŞ-nin Mayami şəhərində keçirilən RAF 13 turnirində mübarizə aparıb.

Əliyevin yüngül çəkidə rəqibi ABŞ-li Cakori Teymer olub. Görüş 9:6 hesabı ilə Teymerin qələbəsi ilə başa çatıb. 26 yaşlı ABŞ-li üçün bu, RAF-da ilk görüş olub.

Əliyev RAF-da keçirdiyi iki görüşün hər ikisində məğlub olub. Azərbaycanlı güləşçi iyunda RAF 10 turnirində debüt edib və Puerto-Rikonu təmsil edən Sebastyan Riveraya 5:9 hesabı ilə uduzub.

RAF 13-ün əsas görüşündə Kolbi Kovinqton RAF Crossover çempionluq kəmərini qoruyub. O, Belal Məhəmmədi texniki üstünlüklə 10:0 hesabı ilə məğlub edib. Gecənin digər əsas görüşündə isə Həmzət Çimayev Gilbert Börnsi 15:4 hesabı ilə vaxtından əvvəl məğlub edib.

Xəbər lenti