Gündəm / Dünya Bugün, 14:14

Süni intellektlə 120-dən çox terrorçu tapdılar

İnterpol terrorla mübarizə əməliyyatında süni intellekt texnologiyalarından istifadə edib. Nəticədə süni intellekt vasitəsilə 126 terrorçu müəyyənləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə İnterpol məlumat yayıb.

Məlumatda deyilir: "Rəqəmsal məkanda terror şəbəkələri ilə mübarizə aparmaq üçün unikal əməliyyat zamanı terrorizmdə şübhəli bilinənlərin müəyyən edilməsi üçün süni intellektdən istifadə edilib. Bu günə qədər 126 xarici döyüşçü müəyyən edilib".

İnterpol tərəfindən koordinasiya edilən "Şəms II" əməliyyatı 1-5 iyun tarixləri arasında davam edib və proses 11 ölkədən olan mütəxəssisləri bir araya gətirib.

Mütəxəssislər cihadçılar tərəfindən paylanan 108.000-dən çox şəkli təhlil ediblər. Prosesi avtomatlaşdırmaq, təkrarları aradan qaldırmaq və görüntü keyfiyyətini yaxşılaşdırmaq üçün xüsusi hazırlanmış süni intellekt "agent"ləri və skriptlərindən istifadə edilib. Nəticədə, məlumat dəsti İnterpolun üz tanıma sisteminə inteqrasiya üçün hazır olan 6300 unikal, yüksək keyfiyyətli şəkilə endirilib.

Xəbər lenti