Finlandiyada vətəndaşlıq almaq istəyənlər üçün yeni qaydalar təsdiqlənib.
Bu barədə Finlandiyanın Miqrasiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Finlandiyada vətəndaşlıq almaq istəyən şəxslərdən ölkənin tarixi, mədəniyyəti və qanunları ilə bağlı kompleks imtahan vermək tələb olunacaq.
Dəyişikliklər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Bununla belə, fevralın sonunadək keçid dövrü tətbiq olunacaq.
Daha sonra yeni qayda 18-64 yaş aralığında olan bütün müraciətçilər üçün məcburi olacaq. Ağır xəstəlikləri və ya əlilliyi olan şəxslər isə bu tələbdən azad ediləcəklər.