Gündəm / Siyasət / Dünya Bugün, 18:15

Hörmüzdə supertanker minaya düşdü



Cümə axşamı günü Hörmüz boğazında iki tanker minaya düşüb.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

"Bu günün ilk saatlarında sərhədi pozan iki tanker Əl-Xəsab limanının şimalında dəniz minalarına dəyib və yanğın baş verib", - deyə İİKK qeyd edib.

İran ordusu gəmilərdən birinin iki milyon bareldən çox neft daşıyan supertanker olduğunu dəqiqləşdirib.

Xəbər lenti