Gündəm / Siyasət Bugün, 18:30

İrəvanda bu ermənilərin posportuna “Azərbaycan” yazıldı: Artıq dəyişməyəcək



Qarabağdan Ermənistana könüllü şəkildə qayıtmış bir qrup erməni İrəvanda hökumət binasının önündə aksiya keçirib.

Ermənilər onlara verilən Ermənistan pasportlarında doğulduqları yerin “Azərbaycan” kimi qeyd edilməsinə etiraz edirlər.

Etirazçılar arasındakı fəallardan Anastas İsraelyan bildirib ki, pasportlarında doğum yeri kimi Azərbaycan qeyd edilməsini qəbul etmirlər.

Azərbaycan torpaqlarının işğalı dövründə Qarabağdakı ermənilərə verilən pasportlarda doğum yeri kimi qondarma “artsax” yazılırdı. Artıq Qarabağ azad edilib. Azərbaycanla sülh prosesini həyata keçirən Ermənistan hakimiyyəti də separatçıların “artsax”ını pasportlardan da çıxarıb.

Xəbər lenti