Antalyada güclü yağış nəticəsində beşulduzlu hotelin bir hissəsini su basıb. Hotel əməkdaşları suyu boşaltmağa çalışarkən pianoçunun ifasını dayandırmaması diqqət çəkib.
Bu barədə sosial mediada görüntülər yayılıb.
Hoteldə yaranan gərginliyə baxmayaraq, pianoçu qonaqların istəyilə “Titanik” filmindən musiqi parçaları və “Game of Thrones” serialının musiqisini ifa edib.
Pianoçunun ifasını davam etdirməsi “Titanik” filmində gəmi batarkən musiqiçilərin ifa etməyi dayandırmadığı məşhur səhnələri xatırladıb.