Gündəm Dün, 22:19

Navai həbs edildi



Qazaxıstanda saxlanılan "Navai" ləqəbli azərbaycanlı reper Nəvai Bəkirov narkotik qaçaqmalçılığına cəhd işi üzrə iki ay müddətinə həbs edilib.

Bu barədə Qazaxıstanın “Ak Jayık” nəşri məlumat yayıb.

Bildirilib ki, müvafiq qərarı Cambul vilayətinin Korday rayon məhkəməsi qəbul edib. İstintaq davam etdiyi müddətdə musiqiçinin istintaq təcridxanasında saxlanılacağı bildirilir.

Qeyd edək ki, Navai oktyabrın 13-də Qazaxıstanda narkotik vasitələrin qaçaqmalçılığına cəhd şübhəsi ilə saxlanılıb. Sənətçi “Korday” sərhəd-keçid məntəqəsindən keçərkən sərhədçilər onun avtomobilini saxlayıblar. Xidməti it vasitəsilə avtomobildə 2,5 qram marixuana aşkar edilib.

Xəbər lenti