Gündəm / Siyasət / Dünya Dün, 23:15

Maskdan Zelenskiyə çağırış: Getmək vaxtıdır!



Amerikalı sahibkar İlon Mask Ukrayna prezidenti Vladimir Zelenskini istefaya çağırıb. O, Ukrayna liderinin münaqişənin başa çatmasında maraqlı olmadığı, çünki bu halda seçkilərlə üzləşərək hakimiyyəti itirə biləcəyi barədə səsləndirilən fikirlərə dəstək verib.

Mask "X" sosial şəbəkəsində müvafiq paylaşımı şərh edərək, məhz bu səbəbdən qanlı qarşıdurmanın davam etdiyini bildirib və Zelenskinin getməli olduğunu vurğulayıb.

Xatırladaq ki, Mask daha əvvəl Qərb ekspertlərinin Ukrayna rəhbərliyinə yönələn tənqidlərinə diqqət çəkib və onların qənaətləri ilə həmrəy olduğunu ifadə edib.

Xəbərin mənbəsinin bildirdiyinə görə, mövzunun mediada müzakirəyə çıxmasına ABŞ prezidenti Donald Trampın təşəbbüsü də səbəb olub. Belə ki, Tramp Amerika iqtisadiyyatını sabitləşdirmək və dünya bazarında enerji resurslarının qiymətlərini aşağı salmaq məqsədilə Rusiya ilə böyük həcmdə dizel yanacağının alınmasına dair razılaşma əldə etməyi təklif edib.

Xəbər lenti