İsveçli məşqçi Bo Yohansson 83 yaşında vəfat edib.
Bu barədə “TV 2 Denmark” məlumat yayıb.
Bo 1996-2000-ci illərdə Danimarka milli komandasını çalışdırıb və onları iki böyük turnirə - 1998-ci il Dünya Kubokuna və 2000-ci il Avropa Çempionatına çıxarıb.
O, əvvəllər 1990-1991-ci illərdə İslandiya milli komandasında işləyib.
Bo Yohansson 1977-ci ildə məşqçilik karyerasına başlamazdan əvvəl İsveçdə peşəkar futbolçu olub. Danimarka milli komandasından əlavə, 1994-cü ildə Danimarka çempionluğunu qazandığı “Silkeborq” da daxil olmaqla bir neçə klubun baş məşqçisi vəzifəsində çalışıb. O, məşqçilikdən 2010-cu ildə təqaüdə çıxıb.