Keçmiş illərdən bağlı qalmış 294 cinayət açılıb və axtarışa elan edilmiş şəxslərin 87,2 faizi tutulub.
Bu barədə Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib.
Bildirilib ki, ağır və xüsusilə ağır cinayətlər törətmiş 402 nəfərdən ibarət 146 cinayətkar qrup zərərsizləşdirilib. Baş vermiş xırda talama faktlarının 87 faizi açılıb, dəymiş maddi ziyanın 85 faizi ödətdirilib.