Gündəm Bugün, 16:30

Danimarkanın Baş naziri: Avropa ABŞ, Çin və Rusiyadan asılı olmamalıdır


"Qrenlandiyadakı vəziyyət göstərir ki, Aİ artıq heç kimdən asılı ola bilməz. Avropa özünü ABŞ, Çin və Rusiyadan iqtisadi cəhətdən azad etməlidir".

Planetinfo.az xəbər verir ki, bu fikirləri Danimarkanın Baş naziri Mette Frederiksen Belçikada keçirilən qeyri-rəsmi Aİ sammitində  deyib.

"Biz ticarətin təzyiq vasitəsi kimi istifadə edildiyini görürük. Məsələn, ABŞ Danimarka Krallığı ilə Qrenlandiyanın gələcəyi ilə bağlı fikir ayrılığı olduqda, onlar Avropaya qarşı ticarət müharibəsi ilə hədələyirlər. Buna görə də, biz heç kimdən asılı ola bilmərik", - deyə baş nazir bildirib.


Xatırladaq ki, fevralın 12-də keçiriləcək sammitdə Aİ-nin rəqabət qabiliyyətinin gücləndirilməsi müzakirə olunacaq.

Xəbər lenti