Gündəm 25-02-2026, 20:11

Avtomobil ağaca çırpıldı, 4 yaşlı sürücü öldü




Qəbələ rayonunda avtomobil ağaca çırpılıb.

Planetinfo.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində rayonun Məmmədağalı kəndi ərazisində baş verib.

Belə ki, "Ford" markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 24 yaşlı Nuran Muradasılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ərazi üzrə polis orqanında faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti