Gündəm / Siyasət / Dünya Bugün, 20:46

Tramp ELAN ETDİ: "Yaxşı şans var" - Sabah nə baş verə bilər?




ABŞ və İranın 6 aprel tarixində sövdələşmə bağlaya biləcəyi iddia edilir.

Planetinfo.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

"Düşünürəm ki, sabah (sövdələşmənin bağlanması üçün) yaxşı şans var. Onlar hazırda danışıqlar aparırlar", - deyə Amerika lideri qeyd edib.

Bir gün əvvəl Tramp bəyan etmişdi ki, əgər İran 48 saat ərzində razılaşma əldə etməsə və Hörmüz boğazını açmasa, onun üzərinə "bütün cəhənnəm çökəcək". Bundan əvvəl Ağ Ev rəhbəri Tehrana sövdələşmə bağlamaq üçün 10 gün vaxt vermiş, əks halda İslam Respublikasının enerji infrastrukturunu məhv edəcəyini vəd etmişdi.

Xəbər lenti