Hadisə Bugün, 11:34

Ağsuda məktəbli qardaşlara xəsarət yetirildi – SAXLANILAN VAR



Ağsuda bıçaqlanma hadisəsi baş verib.

Planetinfo.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhər ərazisində məktəblərdən birinin idman meydançasında qeydə alınıb.

Rayon sakini 34 yaşlı Dostəli Bağırovla 11-ci sinif şagirdi R.S. arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.


Mübahisə zamanı D.Bağırov şagirdə kəsici alətlə, həmin vaxt köməyə gələn qardaşı -16 yaşlı A.S-ya isə əli ilə vuraraq xəsarət yetirib. Xəsarət alan qardaşlara tibbi yardım göstərilib.


Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törədən şəxs saxlanılıb.

D.Bağırovun Vətən müharibəsi qazisi olduğu bildirilir. (Apa.az)

Xəbər lenti