Gündəm 10-03-2026, 18:00

Bu şirkət Pentaqona F-35 təyyarələri tədarük edəcək

Amerikanın Lockheed Martin korporasiyası ABŞ Hərbi Dəniz Qüvvələri ilə 700 milyon dollarlıq iki müqavilə imzalayıb.

Planetinfo.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat verib.

Məlumata görə, vəsait 20-ci və 21-ci istehsal seriyalı F-35 qırıcı təyyarələri üçün uzun istehsal dövrlərinə malik materialların, hissələrin və komponentlərin alınmasına sərf olunacaq.

Bildirilib ki, avadanlıqlar Danimarka, eləcə də F-35 kooperativ proqramındakı tərəfdaşlar və xarici müştərilər tərəfindən alınacaq.

İşlərin əsasən Texas ştatının Fort-Uort şəhərində, ABŞ-nin digər şəhərlərində və dünyanın bir sıra digər yerlərində aparılacağı gözlənilir.

Görüləcək işlərin 2030-cu ildə yekunlaşması planlaşdırılır.

Xəbər lenti