Gündəm / Mədəniyyət Bugün, 22:00

“Xalq rəssamı Davud Kazımovun yaradıcılığı” adlı mühazirə keçirilib



Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə" layihəsi çərçivəsində "Xalq rəssamı Davud Kazımovun yaradıcılığı" adlı mühazirə keçirilib.

Görkəmli rəssam Davud Kazımovun 100 illik yubileyinə həsr olunmuş sərgi çərçivəsində təşkil edilən mühazirə Azərbaycan Rəssamlıq Akademiyası Akademik rəngkarlıq və kompozisiya kafedrasının dosenti, rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəxtiyar Yusufovun təqdimatında baş tutub.

Tədbirdə Akademik rəngkarlıq və kompozisiya kafedrasının müdiri, dosent Ramil Məmmədov, həmin kafedranın baş müəllimi Anar Əliyev çıxış ediblər.

Çıxışlarda görkəmli sənətkarın zəngin yaradıcılıq irsi, əsərlərinə xas bədii üslub xüsusiyyətləri, yaradıcılıq mərhələləri və sərgidə nümayiş etdirilən əsərlər haqqında ətraflı məlumat verilib. Xalq rəssamının oğlu, professor Akif Kazımov isə sənətkarla bağlı xatirələrini dinləyicilərlə bölüşüb.

Davud Kazımovun geniş yaradıcılıq dünyası ilə yaxından tanış olan iştirakçılar mühazirəni böyük maraqla qarşılayıblar.

Xəbər lenti