Gündəm Bugün, 13:55

Şarl de Qollun nəvəsi: ABŞ və İsrail İranı düzgün qiymətləndirmədilər


"ABŞ və İsrail minilliklər boyu mövcud olan İran sivilizasiyasını bir neçə gün ərzində məhv etmək istəyirdilər, lakin onlar düşmənlərini doğru qiymətləndirmədilər".

Planetinfo.az xəbər verir ki, bu fikri TASS-a açıqlamasında Fransanın keçmiş prezidenti Şarl de Qollun nəvəsi və Millətlər Arasında Sülh və Dostluq Fondunun prezidenti Pyer de Qoll deyib.

"Ciddi analitik səhv hesablama nümayiş etdirdilər. İranın lazımi resursları var və onilliklərdir ki, belə bir münaqişəyə hazırlaşır", - deyə o bildirib.

De Qollun fikrincə, İran ABŞ və İsrailə qarşı münaqişədən sağ çıxacaq, lakin vəziyyətin ən pis nəticəsi tələsik əldə edilən pis sülh ola bilər, çünki bu halda problemlər yenidən ortaya çıxacaq.

Qeyd edək ki, apreldin 11-də İran və ABŞ Pakistanın İslamabad şəhərində bir neçə danışıqlar raundu keçiriblər. Hər iki tərəfin sonradan bildirdiyi kimi, bir sıra fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər.

Xəbər lenti