ABŞ Dünya Kubokunun finalı zamanı Donald Trampı qorumaq üçün xüsusi təhlükəsizlik tədbirləri görür.
Turnirin final matçında İspaniya və Argentina üz-üzə gələcək . Oyun sabah “MetLife” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. ABŞ prezidentinin kuboku qalibə təqdim etməsi gözlənilir.
Bu tədbirə ABŞ-da ən yüksək təhlükəsizlik standartlarına cavab verən 1-ci Səviyyə reytinqi verilib. Trampı qorumaq üçün stadion üzərində F-16 qırıcı təyyarələri yerləşdiriləcək. Onlar PUAL-arın uçuşlarına tam qadağa tətbiq edəcəklər.
Damda snayperlər və minlərlə FTB agenti yerləşdiriləcək.
Ağ Evin Dünya Kuboku üzrə işçi qrupunun rəhbəri Endryu Culiani bildirib:
“Düzünü desəm, bu, Superboldan daha böyük bir tədbirdir. Biz bir çox federal qurumlarla qüvvələrimizi birləşdirdik”.