Gündəm / Siyasət / Dünya Dün, 22:15

Nyu-York meri Netanyahunun həbsini tələb etdi



Nyu-York şəhər Administrasiyası İsrailin Baş naziri Binyamin Netanyahunun sentyabr ayında BMT Baş Assambleyasında iştirak etmək üçün şəhərə gələcəyi təqdirdə onun həbsi məsələsini müzakirə edir.

Bunu şəhər meri Zohran Mamdani "The New York Times" qəzetinə müsahibəsində bildirib.

"Mən hesab edirəm ki, Baş nazir Netanyahu Haaqaya göndərilməlidir. O, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən ona qarşı ittihamlar irəli sürülmüş bir hərbi cinayətkardır", - deyə Mamdani əlavə edib.

Mer bildirib ki, nəzarətində olan polis idarəsinə xarici lideri həbs etmək üçün təlimat vermək səlahiyyətinin olub-olmadığı ona aydın deyil. O, bu məsələ ilə bağlı idarə ilə "fəal danışıqlar" apardığını söyləyib.

Xəbər lenti