Gündəm Dün, 21:30

“Eşref” xəyallarına qovuşdu - 20 metrlik gəmi üçün 2 milyon avro xərclədi



Məşhur aktyor, “Eşref Rüya” serialının baş qəhrəmanı Çağatay Ulusoy Marmarisdə 2 milyon avro dəyərindəki lüks motorlu yaxtası ilə dənizə olan hisslərini bir üst səviyyəyə qaldırıb.
Ulusoyun yeni motorlu yaxtası həm xüsusiyyətləri, həm də qiyməti ilə diqqətləri üzərinə toplayıb.

Dənizə və dalğıclığa marağı ilə tanınan Çağatay Ulusoy gəmi sevdasından əl çəkə bilmir. Uzun müddətdir gəmi almağı planlaşdıran Ulusoy bu xəyalını gerçəkləşdirib. Tətilini dəniz üzərində keçirməyi seçən Ulusoy, xüsusi sifarişlə gəmi hazırladıb. İddialara görə, 35 yaşlı aktyor iki mərtəbəli, beş kameralı lüks "Azimut Magellano 66" motorlu yaxtası alıb.

Pulunu əsirgəməyən aktyorun 20 metr uzunluğunda, iki mərtəbəli və 4 kameralı yaxtası üçün 2 milyon avro (108 milyon TL) xərclədiyi məlum olub. Qarşıdakı yay gəmisi ilə Egey dənizinin mavi körfəzlərində tətil etməyi planlaşdıran Ulusoy, motorlu yaxtasını xüsusilə Marmarisdə lövbərə salacaq. Balıq tutmağı və suya dalmağı çox sevən aktyor yeni gəmisində öz hobbisini davam etdirəcək.

Xəbər lenti