İdman 30-04-2026, 09:14

100 milyonluq oyunçu futboldan qovuldu



“Çelsi”nin futbolçusu Mihaylo Mudrik ağır cəza ilə üzləşib.

Planetinfo.az xəbər verir ki, London klubunun yarımmüdafiəçisi antidopinq qaydalarını pozduğuna görə 4 illik diskvalifikasiya alıb. Bildirilib ki, Mudrik qərardan apellyasiya şikayəti verib. Hadisə həm "Çelsi," həm də futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, ukraynalı futbolçu 2023-cü ildə 70 milyon avroya "Şaxtyor Donetsk" klubundan “Çelsi”yə transfer olunub. Müqavilədə əlavə bonuslarla bu məbləğin 100 milyon avroya qədər yüksələ biləcəyi də qeyd olunub.

Xəbər lenti