İdman 13-05-2026, 09:20

"Siti” "Real"ın istədiyi Rodri barədə qərarını verdi



“Mançester Siti” Rodrinin yeni müqaviləsi ilə bağlı qərarını verib.

Planetinfo.az xəbər verir ki, İngiltərə klubu ispaniyalı yarımmüdafiəçini komandada saxlamaq üçün onunla yeni sözləşmə imzalamağa hazırlaşır. Məlumata görə, buna səbəb “Real Madrid”in futbolçuya ciddi maraq göstərməsidir. Bildirilir ki, Pep Qvardiola Rodrini komandanın əsas fiqurlarından biri hesab edir və rəhbərlik onun ayrılmasına isti baxmır. Klubun yaxın günlərdə futbolçuya maaşı artırılmış yeni müqavilə təklif edəcəyi iddia olunur.

İspaniya mətbuatı isə yazır ki, “Real Madrid” yay transfer dönəmində yarımmüdafiə xəttini gücləndirmək üçün Rodrini əsas hədəflərdən biri kimi müəyyənləşdirib.

Xəbər lenti