Anam məni dünyaya Qurban Qurbanov kimi gətirib. Qurban Qurbanov kimi olmağım məncə, daha yaxşıdır. Məncə, suallar bitdi, gedək “Qalatasaray”a azarkeşlik edək.
Planetinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Çelsi” ilə oyundan sonra keçirilən mətbuat konfransında jurnalistin “Qarabağ”da qalıb Aleks Ferquson olmaq istərdiniz, yoxsa ayrılıb Joze Mourinyo, Qvardiola kimi baş məşqçi?” sualına cavabında deyib.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı 2-2 hesabı ilə başa çatıb.