İdman 4-12-2025, 18:02

Azərbaycan idmançısı dünya çempionatına qələbə ilə başlayıb

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatına start verilib. Mundialın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.

Məhəmmədəli Aşurəliyev (60 kq) 1/32 final çərçivəsində Visdom Barnorla (Syerra-Leone) qarşılaşıb. Boksçumuz döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə xeyrinə bitirib. Dünya çempionatında debütdə qələbə qazanan Aşurəliyev növbəti görüşündə ilk mərhələdən azad olan Mrema (Tanzaniya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, millimiz dünya çempionatına 11 boksçu ilə yollanıb.

Xəbər lenti