İdman 8-12-2025, 14:05

Kamal Umudlu UEFA Gənclər Liqasının oyununda

Kamal Umudlu UEFA Gənclər Liqasının oyununda
FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb. K.Umudlu UEFA Gənclər Liqasının VI turu çərçivəsində keçiriləcək “Atalanta” (İtaliya) – “Çelsi” (İngiltərə) oyununun baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Görüş dekabrın 9-da Berqamo şəhərində yerləşən Bortolotti İdman Mərkəzində keçiriləcək.

Xəbər lenti