İdman 12-12-2025, 21:32

Azərbaycan milli komandası kyokuşin karate üzrə dünya çempionatında iştirak edir

Azərbaycan milli komandası kyokuşin karate üzrə dünya çempionatında iştirak edir
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya Kyokuşin Federasiyasının təşkilatçılığı ilə keçirilən 5-ci Dünya Kyokuşin Karate Çempionatında Azərbaycan komandası 16 idmançı, 2 hakim, 1 baş məşqçi və 1 ölkə nümayəndəsindən ibarət olmaqla ümumilikdə 20 nəfərlik heyətlə təmsil olunur.

Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov və KWF -in nümayəndəsi Rza Mustafayev milli komandaya rəhbərlik edir. İdmançılar fərdi və komanda yarışlarında Azərbaycan bayrağını layiqincə təmsil edəcək, ölkəmizin karate sahəsində mövqeyini gücləndirməyə çalışacaqlar.

Xəbər lenti