İdman 14-12-2025, 14:09

Veteran stolüstü tennisçilər arasında turnir keçirilib

Veteran stolüstü tennisçilər arasında turnir keçirilib
Veteran stolüstü tennisçilər növbəti turnirdə bacarıqlarını göstəriblər. Azərbaycan Stolüstü Tennis Federasiyasının Veteranlar Şurasının təşkil etdiyi ənənəvi yarışa 70-ə yaxın idmançı qatılıb.

Qadınların mübarizəsi Tatyana Aliulinanın qələbəsi ilə nəticələnib. Svetlana Kayumova ikinci, Nərgiz Daşdəmirova üçüncü olub. 40-49 yaşlı kişilərin yarışında Vaqif Məmmədov qələbə qazanıb. Mahir Cəbiyev ikinci, Orxan Əliyev üçüncü yerdə qərarlaşıb. Elşad Vahidov 50-59 yaşlıların mübarizəsində birinci olub. Mükafata layiq digər yerləri Yaşar Mövlanovla Əli Heydərli tutub. 60-69 yaşlılar arasında İlham Ağayev qələbə çalıb. O, finalda Qulu Quliyevi məğlub edib. Üçüncü yerə Məzahir Həsənov layiq görülüb.

Muxtar Ağazadə isə 70+ yaş dərəcəsində bütün rəqiblərini üstələyib. Zirəddin Mövlayev ikinci, Firudin Hüseynov üçüncü yeri tutub. Fərqlənən iştirakçılara diplom və pul mükafatı təqdim olunub.

Xəbər lenti