İdman 17-12-2025, 21:48

“Sumqayıt” klubu Türkiyəyə yollanacaq

“Sumqayıt” klubu Türkiyəyə yollanacaq
“Sumqayıt” Futbol Klubunun qış hazırlıq planları bəlli olub.

Planetinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Saşa İliçin yetirmələri dekabrın 22-də baş tutacaq “Sabah”la oyundan sonra istirahətə buraxılacaq.

Komandamız yanvar ayının 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Yanvarın 3-dan 17-dək Lara bölgəsində yerləşən “Limak” otelində məskunlaşacaq “Sumqayıt” FK bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komandamız 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubu ilə yoxlama oyunları keçirəcək.

Xəbər lenti