İdman 24-12-2025, 09:33

İlin ən yaxşı idmançıları güləşçilər olub

İlin ən yaxşı idmançıları güləşçilər olub
Gənclər və İdman Nazirliyi 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbir keçirib.

"Buta Palace"da təşkil olunan tədbirdə müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının adları açıqlanıb.

İlin ən yaxşı idmançıları güləşçilər olub.

Bu il Avropa çempionu, dünya çempionatının və İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Həsrət Cəfərov kişilər, Avropa üçüncüsü və İslam Həmrəyliyi Oyunlarının qalibi Jalə Əliyeva isə qadınlar arasında Azərbaycanın ən yaxşı idmançısı seçilib.

Bu il Avropa çempionu və dünya ikincisi olan yunan-Roma güləşi üzrə millimiz ilin III ən yaxşı komandası olub.

Sərbəst güləş üzrə yığmanın həkimi Müşviq İbrahimov isə ilin ən yaxşı idman həkimi nominasiyasında 2-ci yeri tutub.

Bütün laureatları təbrik edirik.

Nəsimi

Xəbər lenti