İdman 26-12-2025, 17:28

AFFA gürcünü təhqirə görə ağır cəzalandırdı

AFFA gürcünü təhqirə görə ağır cəzalandırdı
AFFA İntizam Komitəsi "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadzeni cəzalandırıb.

Planetinfo.az Publika.az-a istinadən xəbər verir ki, buna səbəb Azərbaycan Premyer Liqasının 16-cı turunun “Qarabağ”la oyununda (1:2) gürcü mütəxəssisin hakimləri təhqir etməsi olub. Komitə Tsxadadzeni 4 oyunluq cəzalandırılıb. Bu hadisəyə görə “Qəbələ” 10000 manat cərimə edilib.

Həmin oyunda “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə Ağdam klubu 5000 manat cərimə olunub.

Bundan əlavə, 4 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ” komandası 700 manat cərimə edilib.

Xəbər lenti