İdman 16-11-2025, 07:59

Türkiyə millisi pley-off mərhələsinə vəsiqəni təmin etdi

Türkiyə millisi pley-off mərhələsinə vəsiqəni təmin etdi
Türkiyə millisi DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsinin pley-offuna yüksəlib.

Buna Türkiyə seçməsi Bolqarıstanı öz meydanında 2-0 məğlub etməklə nail olub.

Türkiyə yığması qələbə ilə xallarının sayını 12-yə çatdırıb. Bununla qrupda ikinci yeri təmin edib. İspaniya isə ilk yeri tutmaqla birbaşa mundiala vəsiqə qazanıb.

Xəbər lenti