İdman 20-11-2025, 08:01

Üzgüçülük üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Üzgüçülük üzrə Dünya Kuboku Bakıda keçiriləcək
Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və Dünya Su İdmanı Federasiyasının (World Aquatics) prezidenti Hüseyn Əl-Müsəlləm 2026-cı ilin 1-3 oktyabr tarixlərində üzgüçülük üzrə “Silk Way” (İpək Yolu) Dünya Kubokunun ölkəmizin paytaxtında keçiriləcəyinə dair müqavilə imzalayıblar.

Planetinfo.az xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Qeyd edək ki, “Silk Way” Dünya Kubokunun ilk mərhələsi Bakı Su İdmanı Sarayında baş tutacaq. Digər mərhələlər Özbəkistanda (Daşkənd, 8-10 oktyabr) və Qazaxıstanda (Astana, 15-17 oktyabr) keçiriləcək.

Nəsimi

Xəbər lenti