Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə yeniyetmələr arasında Asiya Kuboku start götürüb.
Planetinfo.az xəbər verir ki, Beynəlxalq turnirdə 2 cüdoçumuz fəxri kürsüdə yer alıb. -60 kq çəki dərəcəsində çıxış edən Məhəmmədəli Hüsiyev gümüş, -50 kq çəkidə mübarizə aparan Devid Mahmudov isə bürünc medal qazanıb.
Ölkəmiz turnirdə yeniyetmə oğlanlardan ibarət yığma komandamızın baş məşqçisi Emin İskəndərovun rəhbərliyi altında 3 cüdoçu ilə təmsil olunub.
Nəsimi