İqtisadiyyat 1-12-2025, 10:07

Qeyri-neft sektorun inkişaf etdirilməsi istiqamətində atılan addımları genişləndirməliyik



"2026-cı ildə iqtisadi inkişafla böyük artımların olacağını hesab etmirəm. Çünki, dünya bazarlarında neft-qazın qiyməti aşağı düşür və bu tendensiya davam edərsə, təbii ki, neft istehsal edən ölkə olaraq gəlirlərin müəyyən qədər azalmasına gətirib çıxracaq".

Planetinfo.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Azər Badamov səsləndirib. Millət vəkili bildirib ki, bunun ölkə iqtisadiyyatına mənfi təsirlərin olmaması üçün qeyri-neft sektorun inkişaf etdirilməsi istiqamətində atılan addımları genişləndirməliyik:

"Bununla yanaşı yaxın gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi ölkəmizin nəqliyyat logistik gəlirlərini artıracaq və bu da iqtisadiyyatın neftdən asıllığının azaldılmasına yol açacaqdır".

Anar

Xəbər lenti