İqtisadiyyat
1-12-2025, 10:53
Azərbaycan–Keniya iqtisadi münasibətləri müzakirə edilib
AFAZ – Africa Azerbaijan Cooperation təşkilatının sədri Rəna Qəfərova Keniyaya səfəri çərçivəsində Azərbaycan Respublikasının Keniyadakı səfiri, Konqo Respublikasına qeyri-rezident səfiri və BMT-nin Nayrobi Ofisi yanındakı Daimi Nümayəndəsi Sultan Hacıyev ilə görüşüb.
Planetinfo.az xəbər verir ki, görüş zamanı Azərbaycan–Keniya iqtisadi münasibətləri, iki ölkə arasında biznes əməkdaşlığı və qarşılıqlı investisiya imkanları haqqında geniş fikir mübadiləsi aparılıb.
"Söhbətimiz çox məhsuldar keçdi və gələcək tərəfdaşlıqlar üçün mühüm istiqamətlər müəyyən olundu",-deyə AFAZ rəhbəri bildirib.
Anar