İqtisadiyyat 15-12-2025, 08:29

Azərbaycan Sağlamlıq Turizm destinasiyası layihəsinə start veriləcək




Global Healthcare Accreditation (GHA) təşkilatının Azərbaycandakı sağlamlıq turizm müəssisələrində sağlamlıq turizm meneceri standartının tətbiq olunması və akreditasiya məsələləri ilə bağlı ilkin işlər gedir.

Bu barədə Planetinfo.az-a Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək İB-nin İdarə Heyətinin sədri, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev məlumat verib. Assosiasiya sədri deyib ki, növbəti ildə həmçinin, Azərbaycanı dünyada tanıdacaq Azərbaycan Sağlamlıq Turizm destinasiyası layihəsinə start veriləcək.

Ruslan Quliyev əmin olduğunu bildirib ki, 2026-cı ildə Azərbaycana sağlamlıq turizmi üçün gələcək xarici turistlərin sayında ciddi artım müşahidə ediləcək

Anar

Xəbər lenti