İqtisadiyyat 5-01-2026, 09:07

İran və Venesuelada baş verənlər Azərbaycan iqtisadiyyatı üçün real təhlükə deyil



“İran və Venesuelada baş verənlər konkret olaraq Azərbaycan nefti və ya Azərbaycan iqtisadiyyatı üçün real təhlükə deyil”.

Bu fikirləri Planetinfo.az-a iqtisadçı ekspert Günay Hüseynova deyib. O qeyd edib ki, ıakin qlobal iqtisadiyyatda baş verə biləcəklər real təhlükə yarada bilər:

“Real təhlükə isə Azərbaycan iqtisadiyyatında neft qiymətlərinin kəskin duşməsi ola bilər. Qlobal ressesiya və ya OPEC təşkilatının verə biləcəyi hər hansısa qərar müəyyən qədər iqtisadi sarsıntı yarada bilər. Mövcud vəziyyəti analiz etsək ilk növbədə tərkibinə görə yüksək keyfiyyətli hesab olunur. Tələb səviyyəsi yüksəkdir”.

Günay Hüseynova bildirib ki, İrandakı mövcud vəziyyətlə əlaqəsinə qaldıqda, Hörmüz boğazı burada əsas iqtisadi faktordur:

“Azərbaycan iqtisadiyyatına yalnız sərt sanskiya nəticəsində dolayı təsir ola bilər”.

Anar

Xəbər lenti