İqtisadiyyat Bugün, 09:28

Ölkəmizin beynəlxalq enerji bazarındakı mövqelərinin daha da güclənməsinə geniş imkanlar yaranacaq



"Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı imkan verəcək ki, həm ölkə daxilində artan enerji tələbatının etibarlı şəkildə ödənilməsi, həm də elektrik enerjisinin ixrac imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi təmin olunsun".

Planetinfo.az xəbər verir ki, bunları Yeni Azərbaycan Partiyasının üzvü Kəmalə Ələkbərova deyib. O bildirib ki, bu cür mühüm nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən enerji strategiyasının real nəticəsi olmaqla yanaşı, həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl, məqsədyönlü və müasir tələblərə uyğun şəkildə davam etdirildiyini bir daha aydın şəkildə nümayiş etdirir:

"Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar və irimiqyaslı layihələr Azərbaycanın enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, ölkəmizin beynəlxalq enerji bazarındakı mövqelərinin daha da güclənməsinə geniş imkanlar yaradacaqdır".

Anar

Xəbər lenti