İqtisadiyyat Bugün, 10:05

Azərbaycan regional enerji balansını formalaşdıran aktordur



“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı zamanı cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional enerji siyasətində tutduğu mövqeyi və bu mövqenin transformasiya mərhələsini aydın şəkildə ortaya qoydu.

Planetinfo.az xəbər verir ki, bunları Yeni Azərbaycan Partiyasının üzvü Elşən Səfərov deyib. O bildirib ki, bu nitq təkcə yeni enerji obyektinin istifadəyə verilməsi ilə kifayətlənməyərək, Azərbaycanın Cənubi Qafqaz və Xəzər hövzəsindəki strateji rolunu və regional enerji balansını formalaşdıran aktor kimi mövqeyini nümayiş etdirdi:

"Layihə həmçinin ölkənin bərpaolunan enerji strategiyasının praktik təzahürü olaraq diqqətə çatdırıldı.

Ölkə Başçısı çıxışında xüsusi vurğu regional sabitlik və enerji təhlükəsizliyi anlayışlarının qarşılıqlı əlaqəsinə yönəldi. Dövlət başçısı bildirdi ki, enerji layihələrinin dayanıqlılığı yalnız texniki imkanlarla deyil, siyasi sabitlik, etibarlı tərəfdaşlıq və uzunmüddətli planlaşdırma ilə ölçülür. Bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi enerji siyasətinin əsas fəlsəfəsini əks etdirir və regionda etibarlı tərəfdaş imicini möhkəmləndirir".

Anar

Xəbər lenti