“Çox təəssüf ki, turizm sahəsində 2019-cu ildə əldə etdiyimiz nəticələri hələ təkrarlaya, bərpa edə bilməmişik”.
Bu fikirləri
Planetinfo.az-a “Zakher Travel” turizm şirkətinin direktoru Cəfər Qara səsləndirib. O bildirib ki, cari ilin 9 ayı ilə keçən ilin müvafiq dövrünü müqayisə etdikdə, 2 faiz geridəyik:
“2019-cu ildən, yəni pandemiyadan əvvəlki illə müqayisədə isə Azərbaycana xarici ölkələrdən gələn turistlərin sayına görə təxminən 30 faiz geridəyik. Əsas məqsədimiz təbii ki, pandemiayadan əvvəlki dövrü qısa müddətdə bərpa edib statistikanı yeniləməkdir. Təəssüf ki, bu gün üçün bu real deyil”.
Süleyman