İqtisadiyyat 19-11-2025, 11:44

Gələn il "Böyük Qayıdış"ın icrasına 3,5 milyard manat ayrılacaq



2026-cı ildə "Böyük Qayıdış" proqramının icrası məqsədilə 3,5 milyard manat vəsait ayrılacaq.

Planetinfo.az xəəbər verir ki, bunu parlamentdə 2026-cı ilin büdcə layihəsinin müzakirəsi zamanı çıxış edən maliyyə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, növbəti ilin səhiyyə xərclərinə isə 2 milyard manat ayrılacaq. Bu isə keçən ilin göstəricisindən çoxdur:

"Təhsil və elm xəərclərinə 5,2 milyard manat ayrılacaq. Bu da əvvəlki illə müqayisədə 14,3 faiz çoxdur".

Nazir deyib ki, növbəti ildə dövlət sifarişli təhsl alanların sayında da artım qeydə alınacaq.

Anar

Xəbər lenti