Qazaxıstanda konsertlər zamanı fonoqramadan istifadə qadağan edildi.
Planetinfo.az Akorda.az-a istinadən xəbər verir ki, bununla bağlı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev "Qazaxıstan Respublikasının mədəniyyət, təhsil, ailə və dövlət nəzarəti ilə bağlı bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Qanun imzalayıb.
Qanunan əsasən, konsertlər zamanı fonoqramlardan istifadə qadağan olunub. Həmçinin, kütləvi informasiya vasitələrində və ya onlayn platformalarda müəllif hüquqları obyekti olan əsərlərin ictimai istifadəsi halında müəlliflərin göstərilməsi məcburidir.
Anar