Baş nazir İrakli Kobaxidze və Çin Xalq Respublikasının Baş naziri Li Çian birgə Çin İdxal Beynəlxalq Sərgisində Gürcüstan pavilyonunun açılışını ediblər.
Bu il Gürcüstan sərgidə fəxri qonaq statusu ilə iştirak edir və 40-dan çox gürcü şirkəti öz məhsulları ilə təmsil olunur.
Sərgidə ziyarətçilər Gürcüstanın tarixi və mədəniyyəti, unikal əlifbası, çoxəsrlik şərabçılıq ənənələri, turizm və investisiya potensialı ilə tanış ola bilirlər. Qastronomiya guşəsində ənənəvi gürcü yeməklərinin hazırlanması üzrə ustad dərsləri, şərab dequstasiyası və mədəni tədbirlər keçirilir.
Gürcüstan bu sərgidə artıq səkkizinci dəfə iştirak edir.