"Hesab edirəm ki, ölkədə təhlükəsizlik yüksək səviyyədə qorunduğu üçün artıq sərhədlərin açılmaması üçün heç bir zərurət qalmayıb".
Planetinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib. Millət vəkili parlamentdə çıxışı zamanı hökumətə quru sərhədlərinin açılması ilə bağlı çağırış edib:
"Quru sərhədlərinin açılması artıq zəruridir. Bu həm turizmin inkişafına müsbət təsir göstərər, həm də soydaşlarımızın Gürcüdtana, İrana daha asan şəkildə getməsi üçün imkan yaradar. Ümid edirəm ki, hökumət quru sərhədlərinin açllmasl məsələsinə baxacaq və bu məsələni müsbət mənada həll edəcək".
Deputat qeyd edib ki, quru sərhədlərinin bağlı olması ölkəyə gələn turistlərin sayının azalmasına səbəb olur.
Anar