Dünyaca məşhur müğənni Rihanna Türkiyədə adına bənzər şəkildə qeydiyyatdan keçirilən “RIANNA” markası ilə bağlı məhkəmə prosesində qalib gəlib.
Sənətçinin brendini Türkiyə bazarına çıxarmasından sonra eyni adda yerli markanın mövcudluğu aşkarlanıb. Rihanna tərəfi adların oxşarlığının istehlakçıları çaşdıra biləcəyini əsas gətirərək məhkəməyə müraciət edib.
“RIANNA” markasının sahibi isə adın ərəb mənşəli olduğunu və “gözəl qoxu” mənasını verdiyini bildirib.
Məhkəmə yazılış fərqinə baxmayaraq, iki adın qarışdırıla biləcəyinə qərar verərək “RIANNA” markasının qeydiyyatını ləğv edib.