Qazaxıstan neft ixracı üçün Azərbaycan üzərindən keçən marşrutları alternativ istiqamətlər kimi nəzərdən keçirir.
Qazaxıstanın Energetika Nazirliyindən “İnterfaks-Qazaxıstan”a bildirilib ki, ölkə "Bakı-Tbilisi-Ceyhan", "Bakı-Supsa" marşrutlarını, həmçinin Xəzər dənizi üzərindən Azərbaycan ərazisi ilə tranziti əlavə neft ixracı yolları kimi qiymətləndirir.
Məlumata görə, bu marşrutların gündəmə gəlməsinə Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) fəaliyyətində yaranan qeyri-sabitlik səbəb olub.
Beləliklə, Qazaxıstan neftinin dünya bazarlarına çıxarılmasında Azərbaycanın tranzit imkanlarının əhəmiyyəti daha da artır.