Fələstinin dövlət başçısı Mahmud Abbas Qazaxıstana səfər edəcək.
Planetinfo.az Akorda-ya istinadən bildirir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mahmud Abbasla telefon danışığı zamanı onu səfərə dəvət edib.
Söhbət zamanı prezidentlər Qazaxıstan və Fələstin arasında dostluq, qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Dövlət başçıları siyasi dialoqun gücləndirilməsi, ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, eləcə də çoxtərəfli strukturlar daxilində inteqrasiya perspektivlərini müzakirə ediblər.
Tərəflər Yaxın Şərqdəki vəziyyətin nizamlanması da daxil olmaqla, beynəlxalq gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Qazaxıstan Prezidenti "İki xalq üçün iki dövlət" formuluna əsaslanaraq, regionda sülh və sabitliyin mümkün qədər tez bərqərar olmasına yönəlmiş qlobal səyləri dəstəklədiyini bildirib.
Anar